"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hamil Mustafayev: “Hesabatla əhalini tanış etmək məqsədilə hesabatın bir nüsxəsi bələdiyyənin elanlar lövhəsində yerləşdirilməsi qərara alınıb”

--2019-01-20 / 05:41

Lerik rayon Orand bələdiyyəsinin cari ildə keçirilən ilk iclasında 2018-ci ildə görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın müzakirəsi keçirilib. Bu barədə məlumatı Belediyye.infoya Orand bələdiyyəsinin sədri Hamil Mustafayev bildirib. Hesabat yığıncağında kəndin 70-dən artıq sakini və altı bələdiyyə üzvü iştirak edib.

iclasda Orand bələdiyyəsi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında sədrin hesabatı dinlənilib və geniş müzakirə edilib.

Sədr H.Mustafayev bildirib ki, ölkəmizin hər yerində ötən ilin yekunları müzakirə edilir, qarşıda duran əsas vəzifələr müəyyən edilir. Bu ilk növbədə korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsi,görülən işlər barədə əhaliyə məlumat verilməsi ilə bağlıdır.

Qeyd edim ki, 2018-ci il ərzində Orand bələdiyyəsinin 11 iclası keçirilib. Bu dövr ərzində Orand bələdiyyəsinə 10 məktub daxil olub. Müxtəlif məsələlərlə bağlı 40 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilib.

il ərzində bələdiyyənin keçirdiyi 11 iclasda 14 məsələ müzakirə edilib. Bunlar aşağıdakılardan ibarətdir:              

1 Orand bələdiyyəsi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın müzakirəsi barədə

2..Kənddaxili yolların və rayonla kəsilmiş əlaqənin bərpa edilməsi barədə.

3.Mövsümi işlərlə əlaqədar yanğın təhlükəsizliyi ilə bağlı profilaktik tədbirlərin həyata keçirilməsi barədə

4. Orand kənd qəbristanlığında iməcilik yolu ilə abadlaşdırma işlərinin aparılması barədə

5. 2018-ci ilin 2-ci yarımilində Orand bələdiyyəsinin qarşısında duran vəzifələr barədə :

6. Orand bələdiyyəsi üçün ayrilmiş 1800(bir min səkkiz yüz )manat pul vəsaitinin xərclənməsi barədə

7. əhalinin əmlak və torpaq vergisinin ödənilməsinin vəziyyəti barədə

8. Kənddaxili yolların və su arxlarının abadlaşdırılması barədə

9. 2019-cu il ücün bələdiyyənin büdcə layihəsinin müzakirəsi barədə.

10. 2019-cu il üçün bələdiyyənin büdcə layihəsinin təsdiqi barədə.

11. Azərbaycan Respublikasının ədliyyə Nazirliyi Lənkəran Regional ədliyyə idarəsinin 07 dekabr 2018-ci il tarixli â„–Lk/07-328 saylı məktubunun müzakirəsi barədə.

Maliyyə məsələsinə toxunan sədr bildirib ki, hesabat dövründə bələdiyyə büdcəsindən 2.148 manat vəsait xərclənib. Kənddaxili yolların abadlaşdırılmasına 620 manat, bələdiyyənin iş otağının payız-qış dövründə qızdırılması üçün odun yanacağın alınmasına 200 manat, Orand kənd qəbristanlığının təmirinə 340 manat pul vəsaiti xərclənib. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir, hakimiyyət orqanları ilə, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr qurulur.

Müzakirələrdən sonra Orand Bələdiyyəsinin hesabatı qənaətbəxş hesab edilib.

Hesabatla əhalini tanış etmək məqsədilə hesabatın bir nüsxəsi bələdiyyənin elanlar lövhəsində yerləşdirilməsi qərara alınıb.

 Belediyye.info

ŞƏRHLƏR